02 iyun 2025 01:11
199

Türkiyə Superliqasında mövsümə yekun vuruldu

Türkiyə Superliqasında 2024/25 mövsümünə yekun vurulub. 

“İki sahil” xəbər verir ki, son oyun günündə iki matç keçirilib və bürünc medalın sahibi müəyyənləşib. 

Səfərdə “Bodrumspor”la qarşılaşan “Beşiktaş” rəqibini darmadağın edib. 

Öz meydanında “Kayserispor”u qəbul edən “Samsunspor” isə matçın gedişində hesabda geri düşsə də, hakimin ikinci hissəyə əlavə etdiyi dəqiqələrdə 2 qol vurmaqla əzmkar qələbə qazanıb.

“Bodrumspor” 0-4 “Beşiktaş”
Qollar: Mustafa Hekimoğlu, 12; 45+1, Gedson Fernandes, 27, Joao Mario, 71-pen.

“Samsunspor” 2-1 “Kayserispor”

Qollar: Dukkens Nazon, 46 (0:1), Soner Aydoğdu, 90+5 (1:1), Arbnor Muja, 90+8 (2:1)

Bu nəticələrdən sonra xallarının sayını 64-ə çatdıran “Samsunspor” mövsümü üçüncü pillədə başa vurub. 2 xal az toplayan “Beşiktaş” isə dördüncü olub.