02 iyun 2025 02:32
174

Şəmkirdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Sərxan kənd ərazisində qeydə alınıb.

Avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 1979-cu il təvəllüdlü E.Süleymanov, 1972-ci il təvəllüdlü G.Yulçuyev, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1991-ci il təvəllüdlü O.Məmmədov və 1983-cü il təvəllüdlü N.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.