03 iyun 2025 18:26
157

Rahid Ələkbərli Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib

Rahid Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad olunub.