Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayonu, Cavadxan küçəsi 13 ünvanı (DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi) üzrə ərazi partiya təşkilatının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ ərazi partiya təşkilatında yeni sədrin seçilməsi olub.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Partiyanın keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. O, Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizin dinamik və uzunmüddətli inkişafı yolunda mühüm xidmətlərini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti qeyd edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzin həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının təkmilləşməsinə, ümumən inklüziv cəmiyyətin inkişafına xidmət göstərdiyi vurğulanıb.
Partiyanın Nəsimi rayonu, Cavadxan küçəsi 13 ünvanı üzrə 2023-cü il iyulun 14-də yaradılan ərazi partiya təşkilatı tərəfindən görülən işlərdən bəhs olunub. İclasda təşkilati məsələyə baxılaraq, Mərkəzin direktoru Elnarə Ənsari yekdilliklə ərazi partiya təşkilatının yeni sədri seçilib.
Elnarə Ənsari göstərilən etimada görə təşəkkürünü bildirib və təşkilatın işinin bundan sonra da səmərəli təşkili və cəmiyyətdə inklüzivliyin təbliği istiqamətində çalışacağını vurğulayıb.