05 iyun 2025 09:45
125

Bakı dairəvi yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vurub.

“İki sahil” xəbər verir ki, Məmmədov Kənan Rahin oğlu idarə etdiyi «Chevrolet cobalt» markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada, 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.