05 iyun 2025 09:55
123

Piyadanı yük maşını vurub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük avtomaşının sürücüsü - 1991-ci il təvəllüdlü Cavadov Famil Faxrət oğlu piyada - 1952-ci il təvəllüdlü Fətəliyev Arif Qədimulla oğlunu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.