05 iyun 2025 10:10
160

Futzal üzrə Azərbaycan Kuboku: "Araz-Naxçıvan" PFL-ə qarşı

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bu gün müəyyənləşəcək.

“İki sahil” xəbər verir ki, həlledici görüşdə "Araz-Naxçıvan" və PFL komandaları qarşılaşacaq.

Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadasının idarə edəcəyi matç "Olimpik Star"da, saat 14:00-da start götürəcək.

Azərbaycan Kuboku

Final

5 iyun

14:00. "Araz-Naxçıvan" – PFL

Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Olimpik Star