06 iyun 2025 08:38
119

Şamaxıda zəlzələ olub

Şamaxıda 3,2 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 13 km şimal-şərqdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, yerli vaxtla 06:40-da qeydə alınmış yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.