“Qəbələ - İdman Paytaxtı 2025” çərçivəsində ümumtəhsil məktəblərinin komandaları arasında minifutbol üzrə rayon birinciliyinə start verilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman bazasında keçirilən yarışda 18 komanda mübarizə aparır.
“İki sahil” xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib. Birinciliyin açılış mərasimində Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, “Qəbələ - İdman Paytaxtı 2025” çərçivəsində rayonda silsilə idman tədbirlərinin keçirildiyini diqqətə çatdırıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Minifutbol üzrə rayon birinciliyi iyunun 11-dək davam edəcək.