"Bavariya" futbolçusu Sven Ulrayxla yeni müqavilə imzalamağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Münhen təmsilçisi 36 yaşlı qolkiperlə 2026-cı ilin yayına qədər yeni müqavilə ilə bağlı şifahi razılığa gəlib. Klub Ulrayxın təcrübəsini, sabitliyini və fədakarlığını yüksək qiymətləndirir.
O, yeni mövsümdə Manuel Noyer və Yonas Urbiqdən sonra 3-cü qapıçı rolunu oynayacaq.
Qeyd edək ki, ötəb mövsüm Sven "Bavariya"nın heyətində cəmi 2 oyun keçirib, bu oyunda 1 qırmızı vərəqə alıb, 2 qol buraxıb.