06 iyun 2025 18:54
110

İtaliya Prezidenti: Avropa İttifaqı daxili və xarici hücumlara müqavimət göstərməlidir

Avropa İttifaqı ölkələri birləşməli, daxili və xarici hücumlara müqavimət göstərməlidirlər.

“İki sahil” xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella deyib: “Avropa İttifaqı yeni birgəyaşayış modelini işləyib hazırlamaq üçün dünyada dialoqun dayaq nöqtələrindən birinə çevrilməlidir. Sülh qaydalar sistemini bərpa edən beynəlxalq münasibətlər sisteminin yenidən qurulması ilə əldə olunur. Bunun üçün Aİ birləşməli, daha səmərəli olmalı, daxildən və xaricdən gələn hücumlara müqavimət göstərməlidir. Bu, Avropanın vəzifəsidir”.

Qeyd edək ki, İtaliya Prezidenti bu gün Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb. Təxminən 40 dəqiqəyə yaxın davam edən görüşdə İtaliya ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərlə yanaşı, Avropanın mərkəzində illərdir davam edən münaqişələr əsas müzakirə mövzusu olub.