Serbiya prezidenti Aleksandr Vuçiç 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlar başlayandan dərhal sonra İsrailə yardım göndərdiyini açıqlayıb və "Avropada İsraillə hərbi sursat alveri edən yeganə şəxs mənəm", - deyib.
“İki sahil” xəbər verir ki, Serbiya-İsrail əlaqələrini müsbət qiymətləndirən Serbiya lideri bu barədə İsrailin "The Jerusalem Post" qəzetinə müsahibəsində deyib.
8 oktyabr 2023-cü il axşam saatlarında İsraildən mesaj aldıqlarını bildirən Vuçiç, "Bizi hazırlıqsız tutdular, bunlara ehtiyacımız var", - dedilər. Mən əvvəllər müdafiə naziri olmuşam, işlərin necə getdiyini bilirdim, bizdən tələb olunanları 4 gün ərzində yığa bildik”.
"Avropada İsraillə hərbi sursat alveri edən yeganə şəxs mənəm. Buna görə də həmkarlarım tərəfindən tez-tez tənqid olunuram. Serbiyada da həmişə belə olacaq. Yəhudi xalqına və İsrailə həmişə hörmət və sevgi bəsləyəcəyik. Mən əslində bunu nəzərdə tuturam, həqiqətən də hiss etdiyim şeydir", - deyə Vuçiç bildirib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”