Gürcüstan zərərli həşəratlarla yoluxma səbəbindən Ermənistandan iri həcmdə çiçək dəstəsi idxalına qadağa qoyub.
“İki sahil” xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Məlumata görə, “Sadahlo" nəzarət-buraxılış məntəqəsində 10 min çiçəkdən ibarət yük saxlanılıb.
Fitosanitar yoxlaması zamanı müəyyən edilmiş tələblərə uyğunsuzluq aşkar edilib, bu səbəbdən yükün idxalına icazə verilməyib. Yük Ermənistana qaytarılıb.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib