Ölkəmizə səfər edən şəxslərin narahat olması üçün heç bir səbəb yoxdur, İsraildə turistlər üçün təhlükəli ərazilər mövcud deyil.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri İsrailin Turizm Nazirliyinin baş direktoru Dani Şahar deyib.
D.Şaharın sözlərinə görə, hətta İsrailin şimal hissəsi (Livanla sərhədi nəzərdə tutur - red.) turistlər üçün təhlükəsizdir:
"Artıq turistlər oraya qayıdırlar, hətta İsrailin şimal sərhədində yerləşən Hermon dağına qar yağanda insanlar orada xizək sürürdülər".