07 iyun 2025 18:55
112

Azərbaycan-Latviya oyunu qolsuz başa çatdı

Dünya çempionatı 2026-nın seçmə mərhələsinə hazırlaşan futbol üzrə milli komandamız bu gün növbəti yoxlama oyununu keçirib.

İki sahil”in məlumatına görə, Fernando Santuşun rəhbərlik etdiyi komandamız Riqadakı Skonto stadionunda Latviya millisi ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 17:00-da başlayan qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, hazırda Latviya millisi FİFA-nın reytinq cədvəlində 138-ci yeri tutur. Azərbaycan komandası isə bugünkü rəqibindən 19 pillə öndə - 119-cu yerdədir.

Xatırladaq ki, Azərbaycan millisi iyununda 10-da Bakıda Macarıstan komandası ilə də yoxlama oyunu keçirəcək. Bu, millimizin DÇ-2026 üçün son hazırlıq görüşü olacaq.

17:00. Latviya 0-0 Azərbaycan

Hakimlər: Trustin Farrugia Cann, Luke Portelli, Roberto Vella (hamısı Malta)

Skonto stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”