İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın İran da daxil olmaqla 12 ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa qoymasının insan haqlarına və beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd edilib: "ABŞ hökumətinin İran vətəndaşlarını yalnız dini inancları və milli mənsubiyyətlərinə görə ölkəyə buraxmaması İran xalqı və müsəlmanlarına qarşı dərin düşmənçiliyin göstəricisidir".
Bəyanatda qərarın beynəlxalq insan haqları normalarına zidd olduğu, ayrı-seçkilik qadağasını pozduğu və bu məsələ ilə bağlı ABŞ-ın beynəlxalq məsuliyyət daşıdığı bildirilib.
Tehran administrasiyası Birləşmiş Millətlər Təşkilatına (BMT) və qlobal insan haqları təşkilatlarına çağırış edərək, onların ABŞ-ın birtərəfli və ayrı-seçkilikçi yanaşmalarına açıq şəkildə qarşı çıxmalı olduqlarını qeyd edib. İran həmçinin vətəndaşlarının hüquqlarını qorumaq üçün lazımi diplomatik və hüquqi addımlar atacağını açıqlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib