08 iyun 2025 00:07
86

Klopp "Real"a hücumçu təklif etdi

"Red Bull" şirkətinin futbol bölməsinin rəhbəri Yurgen Klopp "Real"a oyunçu təklif edib. 

“İki sahil” xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mütəxəssis Madrid təmsilçisinə "Leyptsiq"in 22 yaşlı hücumçusu Benyamin Şeşkonun namizədliyini irəli sürüb Klubun prezidenti Florentino Peres isə futbolçunun komandaya uyğun olmadığını bildirib. 

Həmçinin qeyd olunur ki, "Real" Sloveniya millisinin üzvü üçün 60–65 milyon avro ödəmək istəmir. Klub hələ də sabiq hücumçuları Xoseluya bənzər bir hücumçu axtarışındadır.

Qeyd edək ki, başa çatan mövsümdə Benyamin Şeşko "Leyptsiq"in heyətində 45 oyuna çıxaraq 21 qol vurub və 6 qolun ötürməsini edib. Onun klubu ilə olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.