Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kiprin bank sektorlarının ümumi aktivləri 1 trilyon 364 milyard ABŞ dollarına çatır.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumunda bildirib.
O, qeyd edib ki, bu, ötən ilin sonu ilə müqayisədə 15,1 % artım deməkdir.
"Türk dövlətləri arasında bank əməkdaşlığı daha da güclənməkdədir. Trans-Xəzər qaz boru kəməri üzrə xərclərin optimallaşdırılması bu layihənin maya dəyərini potensial olaraq 40 % azalda bilər. Bu isə banklarımız üçün layihə maliyyələşdirilməsində uzunmüddətli alətlərə olan tələbi artırır”, - deyə Z.Nuriyev əlavə edib.