12 iyun 2025 13:58
183

Bakıda keçirilmiş I Avropa Oyunlarının 10 illiyi ilə əlaqədar beynəlxalq müsabiqə elan edilib

Bakıda keçirilmiş Avropa Oyunlarının 10 illiyi ilə əlaqədar Avropa Olimpiya Komitəsi ilə bərabər beynəlxalq səviyyədə müsabiqə elan edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin üzvlərinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Toplantıda bir çox məsələlərin müzakirə olunduğunu qeyd edən MOK rəsmisi müsabiqənin süni intellekt və idmanda innovasiya ilə bağlı olduğunu bildirib: "Bu gündən etibarən müsabiqəyə başlanılır. İstənilən Avropa ölkəsindən 18 yaşdan yuxarı şəxslər müsabiqəyə qoşula bilərlər. Artıq münsiflər heyətini də təsdiq etdik. Heyətdə Türkiyə, Avropa Komitələrinin üzvləri, Avropa Oyunlarının səfiri Tünzalə Ağayeva və keçmiş güləşçi Rəsul Çunayev yer alır".