CEV Çempionlar Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət “Turan” klubu qrup mərhələsində ilk oyununa çıxıb.
Təmsilçimiz noyabrın 25-də İtaliyanın Florensiya şəhərində D qrupunun favoriti “Savino Del Bene SCANDICCI” komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada setlər 25:21, 25:10, 20:25 və 25:16 hesabları ilə yekunlaşıb.
Qeyd edək ki, “Turan” qrup mərhələsində növbəti oyununu dekabrın 2-də səfərdə Türkiyənin “Eczacibasi Peron ISTANBUL” komandasına qarşı keçirəcək.
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununda hesab açılıb - Yenilənir