14 iyun 2025 12:12
172

Sevgi, alqış, coşqu - Xalq artisti Tünzalə Ağayeva Xaçmazda - FOTO/VİDEO

Xalq artisti Tünzalə Ağayeva 15 iyun Milli Qurtuluş günü münasibəti ilə səhnə alıb.

İki sahil”in məlumatına görə, pop ulduz bu dəfə Xaçmazda çıxış edib. Konsert Xaçmaz Rayon İcra Hakimiyyəti və ARB Televiziyasının birgə təşkilatçılığı ilə baş tutub.

Çəhrayı əlbisə geyinən müğənni dillərəzbərinə çevrilən hitlərini səsləndirib.

Olduqca isti qarşılanan estrada ulduzuna balacadan böyüyə hər kəs öz saf, təmiz sevgisini göstərib.

Rəngarəng görünən müğənninin səhnə geyiminin müəllifi dizayner Lali Rüstəmova idi. Saç makiyaj isə stilist Sabir Bağırova məxsusdur.

Xalq artisti konsertdən ləntə alınan görüntüləri şəxsi “İnstagram” hesabında bölüşüb.

Sözügedən videonu təqdim edirik: