14 iyun 2025 22:59
136

Cüdoçularımız Xorvatiyada təlim-məşq toplanışını başa vurublar

Azərbaycanın böyük, gənc və yeniyetmə qadın cüdoçulardan ibarət yığmaları Xorvatiyanın Poreç şəhərində keçirilmiş beynəlxalq təlim-məşq toplanışını başa vurublar.

Federasiyadan “İki sahil”ə verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə təşkil olunmuş təlim-məşq düşərgəsində idmançılarımıza yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər.

Qeyd edək ki, yeniyetmə qızlardan ibarət yığmamız Avropa çempionatına hazırlığını Bakıda davam etdirəcək. Qitə birinciliyi iyunun 26–29-u aralığında Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.