15 iyun 2025 14:15
125

Hidayət Heydərov ilk görüşdə məğlub olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

“İki sahil” xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.

27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.