17 iyun 2025 18:45
96

Rusiya-Çin münasibətləri tarix ərzində ən yüksək səviyyədədir - Uşakov

Rusiya-Çin münasibətləri bütün tarixində ən yüksək səviyyədədir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bilfirib.

Onun sözlərinə görə, hər iki paytaxt bunu qeyd edir:  "Hər iki tərəf bundan razıdır və bu münasibətləri hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət kimi xarakterizə edir".

O, əlavə edib ki, Vladimir Putin və Si Cinpin iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəsini qeyd ediblər.

Prezidentin köməkçisi həmçinin elan edib ki, iyunun 20-də Sankt-Peterburqda Vladimir Putin Çin Dövlət Şurasının baş nazirinin müavini Dinq Syuesyanla görüşəcək.