09 avqust 2026 17:17
91

İranda qəhvəxanaya silahlı hücum olub, ölənlər var

İranın Zəhədan şəhərində silahlı insident qeydə alınıb, iki nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Peugeot 405" markalı minik avtomobilində olan silahlı şəxslər Zəhədanın Şəhid Məzari bulvarındakı qəhvəxanaya daxil olaraq 2 nəfəri atəşə tutublar", - məlumatda bildirilib.

Gülləyə tuş gələn iki nəfərin öldüyü qeyd olunur.

Hücum edənlər atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Hazırda onların axtarışları aparılır.