17 iyun 2025 20:39
117

Tramp: İran üzərindəki hava məkanı artıq ABŞ-nin tam nəzarəti altındadır

İran üzərindəki hava məkanı hazırda tamamilə ABŞ-nin nəzarəti altındadır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

"İndi İran səmasında tam nəzarətimiz var. İranın yaxşı müşahidə avadanlığı və digər müdafiə imkanları var idi. Lakin bu, ABŞ-nin silahları ilə müqayisədə heç bir şey deyil”, - Tramp qeyd edib.