Gürcüstan hakimiyyəti ATƏT/DTİHB missiyasını oktyabrın 4-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etməmək qərarına gəlib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze məlumat verib.
"Biz hesab edirik ki, bu halda ATƏT/DTİHB-ni yerli seçkilərimizlə yükləməyə ehtiyac yoxdur", - deyə Kobaxidze brifinqdə bildirib.
Onun sözlərinə görə, ATƏT/DTİHB parlament seçkilərini müşahidə edib, müvafiq nəticə çıxarıb, lakin bu nəticə heç kəsi maraqlandırmayıb.
Pakistanda yaraqlıların hücumu nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb
Çin: "Delfin” tayfununun yaxınlaşması ilə uçuşlar ləğv edilir, əhali təxliyə olunur