"Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dəniz sahilindəki Moxa limanına zərbələr endiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.
"Husi dəstələri Moxa limanına raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər", - məlumatda bildirilir.
Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və hökumət qüvvələrinin nəzarəti altındadır.
Pakistanda yaraqlıların hücumu nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb