Fransanın baş naziri Fransua Bayru Paris Aviasiya Sərgisində "Rafale" qırıcı təyyarəsindən düşməkdə çətinlik çəkib.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "Entrevue" nəşri məlumat yayıb.
"Fransua Bayrou Fransanın "Rafale" qırıcısına minib. Amma kiçik bir problem var idi: baş nazir ilişib qalıb və təyyarədən çıxa bilməyib və bu, xeyli gülüş doğurub", - deyə, məqalədə deyilir.
Qeyd olunur ki, "Rafale F5"in təqdimatı mərkəzi hadisə olsa da, ictimaiyyətin diqqətini məhz hökumət başçısının iştirakı ilə baş verən gülməli hadisə olub.