20 iyun 2025 11:48
114

UEFA Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının vaxtı bəlli olub

“Zirə” komandasının UEFA Konfrans Liqasının ll təsnifat mərhələsində Xorvatiya təmsilçisi “Hayduk”la keçirəcəyi oyunun günü bəlli olub.

“İki sahil” xəbər verir ki, Bakı klubunun mətbuat xidmətindən verilən məlumata görə, matç iyulun 23-də “Neftçi Arena”da təşkil olunacaq.

Kollektivlər arasında cavab qarşılaşması iyunun 31-də Split şəhərindəki "Polyud" stadionunda gerçəkləşəcək.