20 iyun 2025 14:39
89

Yaponiyada düyünün qiyməti bir ayda 102% bahalaşıb

Yaponiyada düyü qiymətləri ardıcıl səkkizinci aydır ki, tarixi rekordlar qırır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verirki, hökumətin məlumatına görə, may ayında onlar keçən illə müqayisədə 101,7% artıb. Ölkə 50 ildən artıqdır ki, düyü qiymətlərində belə sıçrayış görməyib.

Yaponiyada düyü ehtiyatları 2023-cü ildə zəif məhsul yığımından sonra nəzərəçarpacaq dərəcədə azalıb.

Yerli hakimiyyət ötən ilin payızında vəziyyətin yaxşılaşacağına ümid edirdi, lakin məhsulun 180 min ton artmasına baxmayaraq, düyü qiymətləri düşməyib. Bazarda düyü qıtlığına səbəb bir tərəfdən rekord sayda turist axını, digər tərəfdən fermerlərin və topdansatış müəssisələrin ehtiyatlarını satmaq istəməməsidir.

Onlar ümid edirlər ki, gələcəkdə qiymətlər daha da artacaq və məhsulu daha sərfəli qiymətə satıla biləcəklər.