COVID-19 koronavirus infeksiyası üzərində qələbədən danışmaq hələ tezdir.
“İki sahil” xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib.
“Demək istərdim ki, 1980-ci ildən bəri dünyada çiçək xəstəliyindən başqa heç bir infeksiya üzərində qələbə qazanılmayıb.”, - deyə, o vurğulayıb.
Popovanın sözlərinə görə, bütün digər viruslar və bakteriyalar ətraf mühitdə aktiv şəkildə yaşamağa davam edir: "Ona görə də bu gün heç kim qələbədən, pandemiyanın sonu haqqında danışmır."