20 iyun 2025 18:16
107

Paşinyan Türkiyəyə səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan verəcəyinə ümid edir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, o, bunu İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, səfərin əsasında Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gəlir.