Britaniya yeni nüvə başlığı yaratmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, bu planlar krallığın üzərinə götürdüyü nüvə infrastrukturunun modernləşdirilməsinin bir hissəsi kimi hazırlanıb:
“Yeni döyüş başlığının 2030-cu illərə qədər tamamlanacağı gözlənilir. Hazırlıq Britaniyanın cənubundakı bir obyektdə aparılır”.