23 iyun 2025 08:08
118

Papua-Yeni Qvineyada 5,3 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyanın Yeni Britaniya adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Qərbi Yeni Britaniya əyalətinin inzibati mərkəzi olan, təxminən 18 min nəfərin yaşadığı Kimbe şəhərindən 81 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 48 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.