Səudiyyə Ərəbistanının milli neft-qaz şirkəti – "Saudi Aramco"ya məxsus obyektlərin birində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, yanğın bazar günü səhər Cəzan şəhərindəki obyektdə baş verib və dərhal müdaxilə edilərək söndürlüb. Hadisə nəticəsində xəsarət alanın olmadığı açıqlanıb.
Yanğının baş vermə səbəbləri qeyd olunmayıb.