23 iyun 2025 07:27
91

Güclü ordu xalqın təhlükəsizliyinin və dövlətin suverenliyinin təminatçısıdır

1998-ci il mayın 22-də Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən, 26 iyun tarixi Azərbaycan Respublikasında Silahlı Qüvvələr Günü kimi qeyd olunmağa başlanılıb. Peşəkar ordu quruculuğunun əsasları 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda qoyulmuşdur.

1991-ci il sentyabrın 7-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən sonra burada Dövlət Müdafiə Komitəsi təsis olunub. Ardınca, 1992-ci il sentyabrın 19-da “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul edilib. Həmin ilin oktyabrın 9-da Naxçıvanda ilk hərbi parad baş tutub.

Güclü ordu yalnız dövlətin müdafiə qalası deyil, həm də xalqın əmin-amanlıq hissinin təminatçısıdır. Milli Ordunun davamlı şəkildə yenilənməsi və gücləndirilməsi Azərbaycanın gələcəkdə də öz suverenliyini və ərazi bütövlüyünü qorumağa tam hazır olduğunu nümayiş etdirir.

Azərbaycanın hərbi gücü artıq yalnız silah alıcısı deyil, eyni zamanda istehsalçısı kimi də tanınır. “Silahlı Qüvvələr haqqında” Qanunla hüquqi baza qurulmuş, hərbi sənaye kompleksi ilə isə maddi əsas təmin edilmişdir. Bu ikili sistem Azərbaycanın güclü və dayanıqlı ordu siyasətinin təməl sütunlarını təşkil edir.

Tünzal Möhsümova,
YAP Xətai rayon təşkilatının Telnov 6 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü