24 iyun 2025 12:39
111

"Neftçi" Ozobiçlə yolları ayırdı

“Neftçi” Filip Ozobiçlə yolları ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. 

Ozobiç bu yay "Neftçi"dən ayrılan 11-ci futbolçu olub. Buna qədər paytaxt klubu Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo və Dembo Darbo ilə də vidalaşıb.

2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.