24 iyun 2025 14:18
120

PSJ onu Danimarka klubuna icarəyə verib

Fransanın PSJ komandası futbolçusu Yoram Zaqı icarəyə verib.

“İki sahil” xəbər verir ki, 19 yaşlı müdafiəçi Danimarkanın “Kopenhagen” klubuna keçib. O, növbəti ilin yayınadək paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

Fransanın U-19 komandasında da çıxış edən gənc oyunçu ötən mövsüm PSJ-nin heyətində 9 matçda iştirak edib.