“Windward” dəniz risk analitikası və gəmi izləyicisi şirkətinin məlumatına görə, Hörmüz boğazı yaxınlığındakı gəmilər İsrail və İran arasında atəşkəslə bağlı şübhələrin davam etməsi fonunda hücumdan qaçmaq üçün mənşə ölkələri haqqında qeyri-adi mesajlar göndərir.
Siqnallar İsrail və İran arasında bu ayın əvvəlində yaranan gərginlikdən bəri istifadə olunub.
"Gəmi sahibləri arasında belə bir fikir var ki, naviqasiyanın çaşdırıcı təbiəti daşımada daha yüksək risk altında ola biləcək bir ölkəyə bağlılıq zəncirini bilmək və ya aydın şəkildə qurmağı çətinləşdirir”, -deyə “Windward”ın baş direktoru Emi Deniel qeyd edib.
“Windward” hücumların qarşısını almaq ümidi ilə 55 gəminin 12 iyun və 24 iyun tarixləri arasında Fars körfəzi və Qırmızı dəniz boyunca 101 qeyri-adi mesaj göndərdiyini bildirib.
JMIC-in məlumatına görə, atəşkəsdən bir gün sonra, iyunun 24-də ticarət daşımalarının həcmi 30 faiz artıb. Dünyada yanacaq və neft istehlakının təxminən beşdəbiri Hörmüz boğazından keçir.
Gəmilər adətən təyinatlarını yayımlayır və ya "For orders” deyirlər. Bəzən onlar dəniz quldurlarının və ya digər hücumların qarşısını almaq üçün “Armed Guards on Board” kimi mesajlar da göndərir.
AZƏRTAC