“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 27-də Bakıdan Balakənə, iyunun 28-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.
“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Qeyd edilib ki, bu tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.
Bundan başqa, 28 və 29 iyunda da Bakı-Balakən-Bakı marşrutu üzrə qatara əlavə vaqon qoşulacaq. Qatar 7 vaqonla hərəkət edəcək.