28 iyun 2025 17:42
135

"Sabah" Vinsent Till ilə vidalaşdı

“Sabah” legioneri Vinsent Till ilə yollarını ayırıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, lüksemburqlu yarımmüdafiəçinin 2024/2025 mövsümünün sonunda müddəti başa çatan müqaviləsi yenilənməyib.

V.Till 2023-cü ildən "Sabah”ın formasını geyinirdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 35 oyunda 3 qola müəlliflik edib.