Çindən Azərbaycana yeni yük qatarı marşrutu istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, qatar bu gün paytaxt Pekinin Fanşan rayonundakı beynəlxalq quru limanından yola düşüb.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə hərəkət edəcək qatarın 15 gün ərzində Bakıya çatması gözlənilir. Qatar ənənəvi dəniz yolu ilə müqayisədə yükləri 30 gün daha tez Bakıya çatdıracaq.
Avtomobil hissələri, mexaniki ləvazimatlar və digər malların yükləndiyi qatar Horqos terminalından Qazaxıstana, oradan da Xəzər dənizi vasitəsilə Bakıya çatacaq. Qatardakı bəzi yüklər Bakıdan Gürcüstan, Türkiyə və Serbiyaya yola salınacaq.