Avropa Komissiyası İspaniyanın Seuta bölgəsinə kütləvi miqrant axını fonunda “Meta” və “TikTok” platformalarını dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb.
“İki sahil” xəbər verir ki, Avropa İttifaqının (Aİ) rəqəmsal məsələlər üzrə komissarı Henna Virkkunen xüsusilə böhran vəziyyətlərində sosial media platformalarının rəqəmsal məkanın bütövlüyünü qorumalı, monitorinqi gücləndirməli və faktları yoxlayan qurumlarla əməkdaşlığı genişləndirməli olduğunu bildirib. O, X hesabında Avropa Komissiyasının Seutadakı vəziyyətlə bağlı “Meta” və “TikTok” şirkətlərinin nümayəndələri ilə görüşdüyünü qeyd edib.
Xatırladaq ki, ötən həftə on minlərlə miqrantın İspaniyanın Şimali Afrikadakı Seuta özəl bölgəsinə kütləvi axını təkcə Madrid üçün deyil, bütün Avropa üçün ciddi miqrant böhranına səbəb olub. İspaniya hökumətinin məlumatına əsasən, hadisələr zamanı 80 nəfər həlak olub. İnsan hüquqları təşkilatları isə ölənlərin sayının 140-dan çox olduğunu bildirir. Miqrantların İspaniyaya üz tutmasına “TikTok”da yayılan video və məlumatlarda sərhədin qəfildən açıldığı, həmçinin yaşayış yerlərinin və İspaniyanın materik hissəsinə keçmək imkanlarının olduğu barədə məlumatların yayılmasının səbəb olduğu bildirilib. Avropa Komissiyası gələcəkdə oxşar vəziyyətlərə daha yaxşı hazırlaşmaq üçün sosial şəbəkələrin monitorinqini gücləndirməyi və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirməyi planlaşdırır.
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb