Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qəzetin yazdığına görə, şirkətin anbarlarında bir milyondan çox robot işləyir, bu, Amazon üçün rekord göstəricidir və artıq anbarlardakı personalın sayına demək olar ki, bərabərdir.
Amazon tərəfindən bu və ya digər şəkildə çatdırılan sifarişlərin 75%-də robotlar iştirak edir. Robotlar şirkətə məhsuldarlığı artırmağa və eyni zamanda yeni əməkdaşların işə götürülmə sürətini azaltmağa imkan verib.
Nəşr xatırladıb ki, Amazon 2012-ci ildən robot istehsal edən Kiva Systems (indiki Amazon Robotics) şirkətini 775 milyon dollara aldıqdan sonra proseslərin avtomatlaşdırılması üzərində fəal işləyib.
O zaman robotlar əsasən ağır yükləri daşıya bilib, lakin zaman keçdikcə onları qaldırmağa, çeşidləməyə və qablaşdırmağa öyrədilib.
Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb
Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
Əraqçi: Xəzərin hüquqi statusu haqqında konvensiyanın ratifikasiyası İranın mənafeyinə uyğundur
Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək