01 iyul 2025 17:26
356

Azərbaycan xalqı və dövləti hər zaman birlikdədir və soydaşlarımızın yanındadır

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat soydaşlarımıza qarşı milli ayrı-seçkiliyin ən yüksək səviyyədə olduğunu və sistemli şəkildə həyata keçirildiyini açıq şəkildə göstərir.

Azərbaycan Xarici İşlər Nazirliyi dərhal və sərt reaksiya verərək bu məsələ ilə bağlı Rusiya tərəfinə rəsmi etirazını çatdırıb, Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılmış və məsələ qəti şəkildə qaldırılıb.         
Belə olduğu təqdirdə, Rusiya Federasiyasının müvafiq qurumları təxirəsalınmaz araşdırma aparmalı və zorakılığı törədənlərin məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər. Hüquq-mühafizə adı altında edilən belə vəhşiliklər heç bir əsasla izah oluna bilməz

Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının və soydaşlarının təhlükəsizliyinin təmin olunmasına, onların hüquqlarının qorunmasına xüsusi önəm verir. Cənab Prezident İlham Əliyevin apardığı qətiyyətli və milli maraqlara əsaslanan xarici siyasət kursu bu məsələdə də dövlətimizin prinsipial mövqeyini bir daha nümayiş etdirir.
Azərbaycan xalqı və dövləti hər zaman birlikdədir və soydaşlarımızın yanındadır!

Anar Məmmədov,

Milli Məclisin deputatı