Amerika hərbi yardımı almaqda prioritetini itirən təkcə Kiyev deyil, bir sıra başqa ölkələr də eyni vəziyyətə düşüblər.
“İki sahil” xəbər verir ki, bu barədə CBS telekanalı Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.
“Bəzi digər ölkələr də “yenidən təsnifatdan” keçib, yəni ABŞ-dan silah və sursat almaqda onların prioritetləri azalıb”, - telekanalın bəyanatında deyilir.
Eyni zamanda, rəsmi “yenidən təsnifat” prosedurundan keçən konkret ölkələrin adını açıqlamayıb.
“The New York Times” iyulun 2-də yazıb ki, Birləşmiş Ştatlar Ukraynaya sursat tədarükünü bir neçə aydır dayandırır.