İyulun 6-sı axşam saatlarında Xaçmaz rayonunda irigövdəli ağac avtomobilin üstünə aşıb.
Hadisə rayonun Nərəcan kəndi ərazisində, Gəndob-Yalama yolunun kənarında baş verib.
İrigövdəli ağacın kökündən qoparaq “VAZ 21011” markalı minik avtomobilin üstünə aşması nəticəsində xəsarət alan olmayıb. Lakin nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Ağac yolun hərəkət hissəsinə düşmədiyindən Xaçmazdan Xudat istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranmayıb. Amma ərazidəki bəzi rabitə və internet xətləri qırılıb.
Faktla bağlı əlaqədar müvafiq qurumlar məlumatlandırılıb, fəsadları aradan qaldırılmaq üçün iş aparılır.
AZƏRTAC
Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Ağdərə, Zəngilan və Şuşada sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirilib
Müasir universitet müəllimi həm fəal tədqiqatçı, həm də yüksək pedaqoji səriştəyə malik mütəxəssis olmalıdır - MÜSAHİBƏ
Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb