ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə telefon danışığı zamanı Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsi məsələsini də müzakirə ediblər.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin mənbəsinin məlumatına görə, Kiyevin ABŞ-dəki nümayəndəsi vəzifəsinə mümkün namizədlər arasında Baş nazir Denis Şmıqal, Baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rüstəm Umerov və energetika naziri German Qaluşenko nəzərdən keçirilir.
Bildirilib ki, V.Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfirin təyin olunması məsələsini ABŞ tərəfi ilə müzakirə edilməsini tapşırıb.
Agentlik bu addımın səbəblərini açıqlamır.