Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə iyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır.
“İki sahil” xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, iyulun 29-dək Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış ifaçıların, gənc istedadların, musiqi kollektivlərinin bir araya toplandığı musiqi səhnəsinə çevriləcək.
Konsert proqramlarına giriş sərbəstdir.
Qeyd edək ki, bu festival Qəbələ şəhərində 2009-cu ildən ənənəvi olaraq hər il yay aylarında keçirilir.
Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər
Azərbaycan və Avstriya arasında klassik musiqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub